Dövlət Komitəsi: “Nümunəvi əməkdaş idi, niyə belə oldu, bilmirik...”

14 Yanvar 2016 11:51 (UTC+04:00)

F.Talıblı Kamalın nümunəvi işçilərdən olduğunu qeyd edib:

"Allah o dünyasını versin, bizim komitənin işçisi olub. Hadisənin hansı şəraitdə baş verdiyi, səbəblərinin nədən ibarət olmağı prokurorluğun araşdırmasından sonra bəlli olacaq".

Komitə rəsmisi deyib ki, K.Yaqubovun hər hansı ruhi, psixoloji probleminin olmağını hiss etməyib. Onu da əlavə edib ki, borclu olması barədə də məlumatsızdır.

Yanvarın 14-də gecə saatlarında Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Kamal Yaqubov özünü asıb.

Yaxınları bildirib ki, Kamalın çoxlu borcu olub və pulu qaytara bilmədiyi üçün intihar edib. K.Yaqubov həm də bizneslə məşğul olub, özünün qapı istehsal edən sexi var. Onun 1 yaşlı oğlu və 5 yaşlı qızı var.

K.Yaqubov Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətində işləyirdi.

Hazırda Gəncə Şəhər Prokurorluğundan faktla bağlı araşdırma aparılır.

Modern.az