İstanbulda terror törədən şəxsin anası erməni imiş

14 Yanvar 2016 12:04 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1988-ci ildə Səudiyyə Ərəbistanında anadan olan Nabil Fadlinin atasının adının Abdullatif, anasının isə Brijit olduğu müəyyənləşib. Məlumatlara görə, Nabil Fadlinin anası Brijiti Suriya ermənisidir. Birijiti Ermənistanın kəndlərindən birində anadan olub.

Xatırladaq ki, Sultanahmet meydanında törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Partlayışda yaralananlar arasında xarici vətəndaşların da olduğu bildirilir.

Sevinc YASİNQIZI