10 min dollara qədər krediti olanlarla bağlı qərar veriləcək - 6 gün sonra

14 Yanvar 2016 12:05 (UTC+04:00)
Mərkəzi Bankdakı verilən məlumata görə, yanvar ayının 20-dən sonra birgə qəbul edilmiş yeni qərarların icrasına başlanılacaq.

İlk olaraq dollarla olan kreditlərlə bağlı yaranmış problemin həlli gözlənilir. Belə ki, yaranmış iqtisadi çətinlik şəraitində onsuz da borcunu ödəmək iqtidarında olmayan insanların vəziyyəti nəzərə alınaraq 10 min dollara qədər krediti olanların 21 dekabr devalvasiyasından əvvəlki məzənnə, yəni, 1 dollar=1 manat 5 qəpiklə ödənişinə qərar veriləcək.

Həmçinin, şərtlər dəqiqləşdirildikdən sonra ipoteka kreditlərinin verilməsi bərpa olunacaq. Qeyd edək ki, ipoteka krediti üçün ayrılan vəsaitin 50 min manatdan 100 min manatadək artırılması da nəzərdə tutulub.

Modern.az