Ermənilər qara siyahıya salındı
14 Yanvar 2016 12:45 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə Almaniyanın "Süddeutsche Zeitung" qəzeti yazıb.
Bavariyanın daxili işlər naziri Yoaxim German bildirib ki, mənşəyinə görə təklükəsiz ölkələrin konsepsiyası perspektivsiz müraciətlərin sürətli rədd edilməsi zamanı xüsusilə münasibdir. Siyahıya miqrasiya və qaçqınlar üzrə Federal xidmətin nadir hallarda ərizəsinə razılıq verdiyi ölkələr daxil edilib. Sözügedən siyahıda Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Hindistan, Mali , Monqoliya, Əlcəzair, Qambiya və Banqladeş yer alıb.
Qeyd edək ki, daxilində siyasi təqiblərə yol verilməyən ölkələr təhlükəsiz hesab olunur.
Aydan AXUNDOVA