Sabiq prezident xəstəxanaya yerləşdirildi

14 Yanvar 2016 12:50 (UTC+04:00)
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.

Şimon Peresin mətbuat katibi Ayelet Frişin sözlərinə görə, sabiq prezidentin xəstəxanaya yerləşdirilməsinə səbəb sinəsindəki ağrılar olub.

Mətbuat katibi bildirib ki, ilkin müayinə zamanı Peresdə ürək ritmlərinin dəyişməsi müşahidə olunub.

Aydan AXUNDOVA