“YUĞ” teatrının binası sökülür? – Açıqlama

14 Yanvar 2016 13:01 (UTC+04:00)


Məlumatı teatrın aktyorları verib. Bildiriblər ki, teatrın yerləşdiyi tarixi bina söküləcək və bununla bağlı rəhbərliyə bir həftə vaxt verilib.

Azərbaycan Dövlət "YUĞ" teatrı tarixi binanın söküləcəyinə xəbərinə aydınlıq gətirib.

Teatrın mətbuat xidmətinin rəhbəri Könül Cəfərova AzNews.az-a açıqlamasında bildirib ki, Murtuza Muxtarov 83 ünvanında yerləşən tarixi binanın söküləcəyinə dair rəhbərliyə aidiyyəti qurumlardan heç bir rəsmi məlumat verilməyib: "Bina söküləcəksə, bu, dövlət proqramı əsasında şəhərsalma planına uyğun olaraq aparılacaq. Lakin hələki heç bir məlumatımız yoxdur".

K.Cəfərova əlavə edib ki, YUĞ teatrının fəaliyyətinin dayandırması ilə bağlı məlumat şayiədir.

Bahar RÜSTƏMLİ
AzNews.az