Kaspi.az saytının ingilisdilli versiyası fəaliyyətə başlayıb

14 Yanvar 2016 13:00 (UTC+04:00)

Bu barədə AzNews.az-a qəzetin baş redaktoru İlham Quliyev məlumat verib. O qeyd edib ki, saytın ingilisdilli versiyasının fəaliyyətə başlaması üçün uzunmüddətli hazırlıq işləri həyata keçirilib, texniki və kadr bazası yaradılıb.

Baş redaktor əlavə edib ki, qəzetin saytının ingilisdilli versiyasının hazırlanması təşəbbüsü çoxdan mövcud olub, keçən il milli mətbuatın 140 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündən sonra bu istiqamətdə konkret addımlar atılmağa başlayıb.

Qeyd edək ki, saytın ingilisdilli versiyasında "Kaspi" qəzetində dərc olunan məqalələr və ölkə xəbərləri yer alacaq. "Əsas məqsədimiz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır" – deyə baş redaktor bildirib.