“Günəşli” yatağında yeni quyu istismara verildi

14 Yanvar 2016 14:50 (UTC+04:00)

SOCAR-dan verilən məlumata görə, "Günəşli" yatağındakı 19 nömrəli dərin dəniz özülündən qazılmış 28 nömrəli quyu istismara verilib.

Quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2674-2658 metr intervaldan sutkalıq 110 ton neft və 20 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İB-nin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Lent.az