Ailəvi istirahət mərkəzində yanğın baş verdi - Qaxda
14 Yanvar 2016 15:35 (UTC+04:00)
Hadisə rayonun İlisu kəndi ərazisində yerləşən "Eden" ailəvi istirahət mərkəzində baş verib. Qax Yanğından Mühafizə Xidmətindən (YMX) bildirilib ki, istirahət mərkəzində yanğın başlayıb və yanğınsöndürən maşınlar hadisə yerinə cəlb olunub: "Hazırda Qax YMX-nın canlı qüvvəsi və yanğınsöndürən maşınları yanğının qarşısını almağa çalışır".
Report.az