İlhamənin oğlunun həbs xəbəri ilə bağlı - Polisdən açıqlama

14 Yanvar 2016 15:56 (UTC+04:00)

Onların Bakı Beynəlxalq Hava Limanında saxlanıldığı və Binəqədi rayon Polis İdarəsinə aparıldığı bildirilir.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Binəqədi rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. Bildirilib ki, idarəyə Orxan Nadirov və Vüqar Bəşirov adlı adam gətirilməyib.

Məlumat üçün bildirək ki, Xalq artisti İlhamə Quliyeva da AzNews.az-a açıqlamasında oğlunun həbsi xəbərinin yalan olduğunu, onun və dostunun hazırda evdə olduğunub deyib.