Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

14 Yanvar 2016 16:16 (UTC+04:00)


Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, yanğın binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 89 kv.m olan 3 otaqlı mənzilin sahəsi 5 kv.m olan eyvanında 1 ədəd 5 litrlik propan qaz balonun alışması nəticəsində 2 kv.m sahədə ev əşyaları yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 16 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sevinc YASİNQIZI