Rusiya gəmiləri İran limanlarına gedir
3 Noyabr 2012 09:23 (UTC+04:00)
Rusiyanın Xəzər flotunun gəmiləri 2013-cü ildə İran limanlarına gedəcək. Səfər qeyri-rəsmi xarakter daşıyacaq. Bu barədə məlumatı kontr-admiral Sergey Alekminski verib.
Onun sözlərinə görə, səfər xarici işlər nazirinin qərarına əsasən həyata keçiriləcək. Kontr-admiral hazırda İran və Rusiya gəmilərinin xüsusi münasibətinin olmadığını vurğulayıb. Eyni zamanda qeyd edib ki, səfərdə məqsəd İran dəniz flotunun inkişafını görməkdir.
Qeyd edək ki, sonuncu dəfə SSRİ dönəmində 40 il əvvəl Rusiya gəmiləri İran limanlarına səfər etmişdi.
Alpər Oğuz
AzNews.az