Siyəzəndən son xəbər - Fotolar

14 Yanvar 2016 22:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Kərimov rayondakı son vəziyyət barədə ans press-ə danışıb.

"Bir qrup aksiya iştirakçısı yaxınlıqdakı dəmir yolunun üzərinə şpallar yığaraq qəza vəziyyəti yaradıblar. Aksiyanın qarşısının alınması üçün polis və daxili qoşunlar xüsusi vasitələrdən - səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları mülki və polis avtomobillərinə də ziyan vurblar", - deyə Oqtay Kərimov bildirib.

DİN nümayəndəsi ictimai asayişin qorunacağını deyib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumata görə, yanvarın 12 və 13-də respublikanın 4 bölgəsində - Fizuli, Ağcabədi, Ağsu və Siyəzəndə bir qrup şəxs qeyri qanuni etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu rayonlardan 3-də yerli icra hakimiyyəti orqanları ilə aparılan danışıqlardan sonra insanlar aksiya keçirmək fikrindən daşınıblar. Siyəzəndə isə polis qanunun pozulmasının qarşısını alıb.