Terrorçular sülhməramlıların bazasını ələ keçirdi

15 Yanvar 2016 10:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

"Atışmadan sonra bizim yaraqlılarımız bazaya daxil olaraq oranı tutublar", -deyə "Əş-Şabab" qruplaşmasının nümayəndəsi Şeyx Əbdiəziz Abu Musab bildirib.

Lakin hərbçilərin verdiyi məlumata görə, baza ərazisində döyüş hələ davam edir.

Yerli sakinlər də vaxtaşırı baş verən atışmalar barədə xəbər verirlər. Əldə olunan məlumata görə, əvvəlcə minalanmış maşın bazanın qapılarına çırpılıb, daha sonra terrorçular bazaya hücum ediblər.

Aydan AXUNDOVA