İcra başçısı bazarda oldu, qiymət artımı ilə maraqlandı - Fotolar
15 Yanvar 2016 10:58 (UTC+04:00)
AzNews.az xəbər verir ki, son günlər manatın məzənnəsinin aşağı düşməsi ilə qiymətlərin artmasını bəhanə edərək rayonda sabitliyi pozmaq cəhdlərinin qarşısı alınıb. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun Bala Bəhmənli kəndi ərazisində (Dörd yol adlanan yerdə) əsas bazarının yerləşdiyi yerdə topdan və pərakəndə satış mərkəzlərində olub, əhali ilə söhbət edib ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb. Alıcı satıcılarla söhbət zamanı müəyyən olub ki, hazırda rayon ərazisində 50 kq-lıq unun bir kisəsinin qiyməti 24 manatdır. Rayonun topdan və pərakəndə satış mağazalarında kifayət qədər un var və bu sahədə heç bir problem yoxdur. Alı Alıyev dörd yol adlanan ərazidə yerləşən bazarda və topdan satış mərkəzlərində olarkən əhalinin istehlak səbətinə daxil olan ərzaq məhsullarının qiymətində ele də ciddi artım müşahidə edilmədiyi, rayonda süni mal qıtlığının mövcud olmadığı müəyyən edilib.
İstehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradılıb. Komissiyanın üzvləri rayon ərazisində yerləşən bazarlara və topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirlər.




