Baş prokurorun müavini:“Bəzi qanunsuz dərmanları xəstəxanaya həkimlər keçirir“

15 Yanvar 2016 11:26 (UTC+04:00)

Bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Qiymət artımını başa düşmək olar, ancaq elə məhsullar var ki, onların qiymətində süni artıma yol verilməsi düzgün deyil. Misal olaraq, müəyyən dərman vasitələri var ki, onun qiyməti Tarif Şurası tərəfindən tənzimlənməyib. Bəzi sahibkarlar görmük keçid məntəqəsindən hansısa dərmanı 100 manatlıq qiymətlə keçirib onu ölkədə 500 manata satırsa, buna süni qiymət artımı deməmək mümkün deyil. Hətta elə hallar olur ki, bir çox dərmanlar qanunsuz şəkildə ölkəyə gətirilir. Bəziləri isə həmin dərman preparatlarını xəstəxanalara həkimlərin vasitəsi ilə keçirirlər. İdarəmiz bu istiqamətdə tədbirlərini davam etdirir", - K.Əliyev bildirib.

Report.az