Qardaşının öldürdüyü deyilən gənc qız sağ tapıldı - Tovuzda

15 Yanvar 2016 11:43 (UTC+04:00)


Məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı tapılaraq bu gün səhər ailəsinə təhvil verilib.

Məlumata görə qız evlərinin yaxınlığında yaşayış olmayan tikilidə gizlənirmiş.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparırlar.

AzNews.az xatırladır ki, ötən gün sözügedən qızın qardaşı tərəfindən öldürüldüyü ilə bağlı məlumat yayılmışdı.

APA.az