İstanbul-Bakı reysi təxirə salındı

15 Yanvar 2016 13:28 (UTC+04:00)


Bu barədə aviaşirkətin saytında yerləşdirilmiş məlumatda bildirilib.

Xatırladaq ki, təyyarə yerli vaxtla saat 08:15-də İstanbuldan uçmalı idi. Müvafiq olaraq Bakıdan olan, yerli vaxtla 14:35-ə təyin edilmiş geri reysi də təxirə salınıb.

Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.

Trend.az