Ötən gün cəbhədə itki vermişik? - Müdafiə Nazirliyindən açıqlama

15 Yanvar 2016 13:52 (UTC+04:00)


Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır:

"Bildiririk ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir".

Qeyd edək ki, ermənistanın elektron kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə məlumatlar yayılıb.