4500 il əvvəl yaşayan şahzadənin məzarı tapıldı

3 Noyabr 2012 09:39 (UTC+04:00)


4500 il bundan əvvəl yaşayan Misir şahzadəsinin məzarı tapılıb. "France Presse" agentliyinin məlumatına görə, bu barədə misirli nazir Məhəmməd İbrahim bildirib.

Nazirin sözlərinə görə, şahzadə Şert Nebtinin məzarı Əbu-Sir regionunda aşkar edilib. Məzar üzərində yazılar olan 4 qatdan ibarətdir. Yazılarda şahzadə xanımın adı və titulları barədə məlumatlar var.

Misirdə aparılan qazıntı işlərini çexiyalı arxeoloqlar həyata keçiriblər. Onlar həmçinin 4 başqa məzara aparan dəhliz də aşkarlayıblar.

Elnarə Əlosmanqızı
AzNews.az