Terrordan sonra ilk cümə namazı – Ərdoğan, Davudoğlu da gələcək

15 Yanvar 2016 14:24 (UTC+04:00)

AzNews.az Sultanahmet məscidində qılınacaq cümə namazında prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu da iştirak edəcək. Prezidentin və baş nazirin də qatılacağı cümə namazında iştirak etmək üçün vətəndaşlar Sultanahmet Məscidinə gəlib. Sultanahmet meydanındakı terror hücumundan sonra qılınacaq ilk cümə namazı üçün məsciddə hazırlıqlara başlanılıb. Məsciddəki hazırlıqlar yekunlaşdıqdan sonra vətəndaşlar içəri buraxılacaq. Cümə namazının axundunun Diyanət İşləri Başqanı Mehmet Görmez olacağı ehtimal edilir.

Xatırladaq ki, Sultanahmet meydanında törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Partlayışda yaralananlar arasında xarici vətəndaşlar da var.

Sevinc YASİNQIZI