Bu ölkənin Baş naziri istefa verdi

15 Yanvar 2016 16:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat verib.

Bu yolla Qruyeski partiyalararası sazişin məcburi bəndini yerinə yetirib. Müvafiq saziş 2015-ci il iyulun 15-də daxili siyasi böhrandan çıxmaq üçün imzalanıb. Sazişə uyğun olaraq, Baş nazirin istefasından sonra hakim Makedoniya Daxili İnqilab Təşkilatı – Makedoniya Demokratik Milli Birlik Partiyası (MDİT – MDMBP) təklifi ilə texniki hökumətin başçısı təyin olunacaq. Müvəqqəti kabinetin əsas vəzifəsi 2016-cı il aprelin 24-də keçirilməsi nəzərdə tutulan erkən parlament seçkilərinə hazırlıq olacaq.

Qeyd edək ki, Nikola Qruyevski 2006-cı ildən Makedoniyanın Nazirlər Kabinetinə rəhbərlik edib.

Aydan AXUNDOVA