Bulvara yeni rəis - Təyinatı

15 Yanvar 2016 16:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamla İlqar Əziz oğlu Mustafayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi təyin edilib.

Məlumat üçün bildirək ki, İ.Mustafayev ötən il Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilib.

***

Prezidentin digər sərəncamı ilə Əfqan Sərdar oğlu Şahmarov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi vəzifəsindən azad edilib.