39 yaşlı yeni nazir kimdir? – Tərcümeyi-hal

15 Yanvar 2016 17:11 (UTC+04:00)
AzNews.az yeni nazirin tərcümeyi-halını təqdim edir.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 1977-ci ildə Bakı şəhərində
anadan olub.

1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirib. Nazir Ramin Quluzadə Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb.

2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

2015-ci ildə Ramin Quluzadə prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.

Ailəlidir, 2 övladı var.