İran sabah kücələrə axışacaq

3 Noyabr 2012 09:56 (UTC+04:00)
İran bu ölkədəki ABŞ səfirliyinin ələ keçirilməsinin 33-cü ildönümünü bayram edəcək. Bu barədə məlumatı PRESS TV yayıb.

Məlumata görə, bayram münasibətilə İranın Tahran daxil olmaqla böyük şəhərlərində noyabrın 4-də mitinqlər keçiriləcək.

Qeyd edək ki, 1979-cü il noyabrın 4-də tələbələr və fanatiklər İslam inqilabının davamı olaraq Tehrandakı ABŞ səfirliyini tutub. Həmin vaxtdan etibrən iki ölkə arasında diplomatik münasibətlər kəsilib.

Alpər Oğuz
AzNews.az