Başçının şəhər üzrə nümayəndəsinin evindən silah tapıldı - Rəsmi

15 Yanvar 2016 17:30 (UTC+04:00)

Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi Şakir Hacıyevin yaşadığı mənzildə axtarış aparılarkən "Makarov" tipli tapança və həmin silaha aid patronlar aşkar edilməsi faktına görə Bakı şəhər Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

E. Sultanov Füzuli hadisələri ilə bağlı iki polis əməkdaşının həbs edilməsi barədə yayılan məlumatların isə doğru olmadığını qeyd edib.

Qeyd edək ki, Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyevin və onun kürəkənləri - Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı Samir Məhərrəm oğlu Səfərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin Vidadi oğlu İsmayılovun saxlanılaraq istintaqa cəlb edilməsi barədə məlumat var idi.


APA.az