Şəkidə intihar - İki uşaq atası özünü asdı

15 Yanvar 2016 19:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Şəki şəhər-rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Rauf Adil oğlu İlyasovun meyiti yaşadığı evin həyətindəki yardımçı tikilidə asılmış vəziyyətdə aşkar edilib.

İlkin məlumata görə, R. İlyasov özünə qəsd edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

R. İlyasovun iki uşaq atası olduğu bildirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.