“Bakcell“dən “Azercell“lə bağlı - Açıqlama

15 Yanvar 2016 20:50 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu barədə "Bakcell" şirkəti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, şikayətlər əsasən Azercell abunəçilərinə edilən zənglərin tez-tez kəsilməsi, bütün xətlərin məşğul olması və zəng vuran zaman digər abunəçilərin telefon danışığının eşidilməsi ilə bağlıdır. "Bununla əlaqədar olaraq abunəçilərimizin nəzərinə çatdırırıq ki, bunun səbəbi digər mobil operatorun sistemində baş vermiş texniki problemlə əlaqədardır. Ümid edirik ki, qarşı tərəf problemin tezliklə həll edilməsinə nail olacaq" – deyə "Bakcell"dən bildirilib.