“Pula ehtiyacımız yox idi” - Evləri qarət edən oğru + Video

15 Yanvar 2016 21:42 (UTC+04:00)

AzNews.az-ın Xəzər xəbər-ə istinadən məlumatına görə, Saxlanılan Xəqani Əliyev ifadəsində bildirib ki, qarət etdiyi evi 1-2 gün əvvəldən müəyyənləşdirirmiş.

Daha sonra pəncərəni qırma yolu ilə mənzilə girən kimi dəyərli əşyaları oğurlayırmış.

Hətta bir neçə mənzildən pul və qızıl zinət əşyası ilə yanaşı kombi, alüminium və mis əşyalar da oğurlayıb.

Artıq faktla bağlı onun barəsində oğurluq maddəsinin bir neçə bəndi ilə rayon polis idarəsində cinayət işi başlanılıb.