WADA-dan Putinlə bağlı - Şok məlumat

15 Yanvar 2016 22:09 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, xəbərdə Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Atletika Federasiyasına rüşvət təklif etməsi qeyd olunub.

Buna isə 9 rus idmançısının dopinq testində "ilişməsi" səbəb olub. Qərara əsasən, həmin idamançılar 2015-ci ildə Rusiyanı heç bir yarışda təmsil edə bilməzdi. Məlumatda qeyd olunur ki, Putin məsələni həll etmək üçün BAF-ın sabiq prezidenti Lamine Diakla razılıq əldə edib.

Belə ki, 2013-cü ildə Rusiyada keçirilən Atletika üzrə Dünya Çempionatında 6 milyon dollarlıq yayım haqqı əvəzinə, BAF-a 25 milyon ödənilib. Agentlik 19 milyon avronun rüşvət olduğunu bildirir. Rusiyanın idman naziri Vitali Mutko yayılan xəbərləri mənasız şaiyə adlandırb.

Keçən il dekabr ayında Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) 2016-cı ildə keçiriləcək gənclər arasında dünya çempionatı və komandalararası dünya çempionatının təşkilatçılığını Rusiyadan alıb.

IAAF təşkilata üzvülüyü dayandırılan Rusiya Atletika Federasiyasının təşkilatçılıq hüququndan məhrum edildiyi bildirilib. Ümumdünya Antidopinq Agentliyi (WADA) hazırladığı 323 səhifəlik hesabatda Rusiyanı idmançıları "dövlət dəstəyi ilə" dopinqə qarışdırmaqda ittiham etmişdi. Bu hesabatdan sonra IAAF Rusiya Atletika Federasiyasının üzvülüyünü dayandırmış, rus atletləri müvəqqəti olaraq yarışlardan kənarlaşdırmışdı. WADA isə Moskva Dopinq Nəzarət Labaratoriyasının üzvülüyünü dayandırmışdı.

Məhz buna görə, Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək olimpiya oyunlarına Rusiya idmançıları buraxılmaya bilər. Bu barədə Cenevrədə Beynəlxalq Antidopinq Agentliyinin (WADA) Rusiya atletlərinin dopinqdən istifadə etməsinə həsr olunmuş mətbuat konfransında bildirilib. WADA rəhbəri Riçard Paund bildirib ki, ruslar yeni şərtlər altında işləmək istəməsələr, onlar qeyd şərtsiz diskvalifikasiya ediləcəklər.