Novella Cəfəroğlu cərimələnə bilər - 20 min manat

15 Yanvar 2016 23:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə virtualaz.org-a N.Cəfəroğlu özü məlumat verib.

Dediyinə görə, Vergilər Nazirliyindən hüquq müdafiəçisinə irad tutublar ki, onun rəhbərlik etdiyi Qadınları Müdafiə Cəmiyyəti 2011-ci ildə qrant alarkən Ədliyyə Nazirliyindən qrantlarla bağlı müvafiq arayış almayıb.

N.Cəfəroğlu deyir ki, əslində onlar 2011-ci ildə o cür arayış verməyə məsul deyildilər. Çünki o vaxt qanunda bu barədə heç bir tələb yox idi və haqqında söhbət gedən maddə qanuna 2014-cü ildə salınıb.

N. Cəfəroğlu deyib ki, o, ödəniş etməyəcək: "Qoy, məhkəməyə versinlər".