“Terrordan ən çox müsəlmanlar əziyyət çəkir” – Pan Ge Mun

16 Yanvar 2016 11:39 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Ge Mun deyib. Baş katib Avropa Şurası Baş Assambleyasının iclasında çıxışı zamanı bildirib ki, üzv ölkələr radikal şiddət və terrora əngəl olmaq üçün bəzi məsələləri diqqətdə saxlamalıdır: "Radikal şiddət təhlükəsi hər hansı bir bölgə, irq, din və millətlə məhdudlaşmır. Amma dünya daxilində radikal şiddətdən ən çox zərər çəkənlərin müsəlmanlar olduğunu qəbul etməliyik".

Pan Ge Mun dövlətlər arasında düşüncəsiz siyasətlərin fayda verməyəcəyini qeyd edib: "Düşüncəsiz siyasətlər xalqları bir-birinə düşmən edəcək. Bunun faydası yoxdur. Davamlı qorxu halında yaşamamaq üçün sağlam fikirli hərəkətlərə ehtiyac var".

Sevinc