17 yaşlı qızı başını kəsəcəyi ilə hədələyib zorladı - Bakıda

16 Yanvar 2016 12:42 (UTC+04:00)

Polisə müraciət edərək bu barədə məlumat verən Bakı şəhər sakini 1998-ci il təvəllüdlü S.A tanışının onu hədələyərək zorladığını deyib.

17 yaşlı qız bildirib ki, bir neçə gün öncə səhər saat 06 radələrində yaşadığı ünvanda Naxçıvan şəhər sakini 1995-ci il təvəllüdlü R.A onu bıçaqla başını kəsib öldürəcəyi ilə hədələyib. Bundan sonra isə onunla zorla cinsi əlaqədə olub.
Müraciətlə bağlı araşdırma aparılır.

Qafqazinfo.az