Kombi aparatı və istilik sistemi oğurlayanalar tutuldu

16 Yanvar 2016 13:43 (UTC+04:00)

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 13-də oğurluq etdiklərinə görə tutulmuş X.Əliyevin və H.Allahverdiyevin ətrafında Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 29-da Masazır qəsəbəsində yaşayan İsmayıl Musayevin həyətindən məişət əşyası, dekabrın 27-nə keçən gecə və bu il yanvar ayının 7-də qəsəbə sakini Asəf Hacıyevə və Fatmayı qəsəbə sakini Mirqasım Hüseynova məxsus evlərdən kombi aparatı və istilik sistemləri oğurlamaları da müəyyən edilib.