Bakıda dəm qazından zəhərlənmə - 1 ölü, 2 yaralı

16 Yanvar 2016 17:22 (UTC+04:00)

AzNews.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişləri huşsuz vəziyyətdə aşkarlayıblar. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı onlardan birinin dəm qazından boğularaq, öldüyü, digər 2 nəfərin vəziyyətinin ağır olduğu müəyyənləşdirilib. Əməliyyat saat 14:03-də başa çatılb.