Azərbaycanda un və çörək qonşu ölkələrdən ucuzdur - Nazirlik

16 Yanvar 2016 18:34 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumatda qeyd olunub ki, bunun nəticəsi olaraq, hazırda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək enib.

"Unun yeni qiymətləri qonşu ölkələrdəkindən xeyli aşağıdır. Müqayisə üçün bildirək ki, Gürcüstanda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti 31-32 manat, Türkiyədə 30-33 manat arasındadır. Çörəyin qiymətinə gəlincə isə, Azərbaycanda hazırda əla növ buğda unundan bişirilmiş 500 qramlıq çörəyin pərakəndə satış qiyməti 30 qəpik təşkil edir. Əla növ buğda unundan bişirilmiş çörəyin 500 qramının pərakəndə satış qiyməti Gürcüstanda 50-70 qəpik, Türkiyədə 1.10 - 1.20 manat, Rusiyada 60-80 qəpik arasında dəyişir" – deyə nazirlikdən bildirilib.