18 yaşlı qız bıçaqlandı - Samuxda

16 Yanvar 2016 18:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Bayramzadə Günay Şahniyar qızı qarının sol nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.