Türkiyədə daha iki nəfər “donuz qripi”ndən öldü

16 Yanvar 2016 20:46 (UTC+04:00)

AzNews.az-ın Report-a istinadən verdiyi xəbərə əsasən, virusdan dünyasını dəyişən şəxslər yüksək qızdırma şikayəti ilə xəstəxanalara müraciət ediblər.

Ölənlərdən birisinin uşaq, digərinin isə 59 yaşlı qadın olduğu bildirilir. Onların təhlükəli virusa yoluxduğunu laborator müayinələr təsdiqlənib.