Qadın alveri edən Sumqayıt sakini tutuldu

16 Yanvar 2016 22:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Sumqayıt şəhər sakini Aisə Əlizadənin bir qrup şəxslə cinayət əlaqəsinə girərək gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyub. Bu fakt İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən müəyyən edilib və həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə o tutulub.