Maşın ağaca çırpıldı - 3 nəfər xəsarət aldı

16 Yanvar 2016 23:21 (UTC+04:00)

Sürücü Ə. Hüseyinovla yanaşı, sərnişinlər 1987-ci il təvəllüdlü Bakı şəhər, Binəqədi rayon Biləcəri sakini Xəlilov Rasim Nizaməddin oğlu və Beyləqan rayon sakini 1987-ci il təvəllüdlü Həsənov Zamiq Qənimət oğlu müxtəlif bədən xəsarəti ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

AzNews.az xəbər verir ki, Beyləqan MRX-da travmatoloq-həkim Elyar Namazovun APA-ya verdiyi xəbərə görə, xəstələrə ilkin tibbi yardım göstərilir.

Onların vəziyyəti hələlik orta ağır qiymətləndirilir.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır.