Bakıda qadın şubanı belə oğurladı - Video

16 Yanvar 2016 23:28 (UTC+04:00)
AzNews.az xezerxeber-ə istinadən xəbər verir ki, Brend malların satıldığı mağazaya daxil olan qadın paltarlara baxır.

Vitrindəki bahalı şubalara baxan təxminən 25-30 yaşlı qadına satıcılardan biri yaxınlaşıb kömək etmək istəyir.

Amma qadın özü istədiklərini götürərək geyinib-soyunma otağına girir və bir müddət sonra oradan çıxır.

O, siqnalizasiya daşını başqa paltarın cibinə qoyarkən əvvəlcə ətrafa göz gəzdirir. Belə məlum olur ki, naməlum qadın dəyəri 1500 manat olan kiçik xəzi paltarının altında gizlədib çıxır.

Hadisə ilə bağlı mağaza sahibi Nizami rayon polis idarəsinə məlumat verib. Görüntülər əsasında onun saxlanılması istiqamətində əməliyyat keçirilir.