İran neft bazarına girir - Sanksiyalar götürüldü

17 Yanvar 2016 10:35 (UTC+04:00)

AzNews.az-ın Azərtac-a istinadən məlumatına görə, Federika Moqerini bunları deyib:

"Bu gün İranın nüvə proqramı ilə əlaqədar multilateral və milli iqtisadi və maliyyə sanksiyaları ləğv olunur".

Bununla da valyuta transferi, sığorta əməliyyatları, eləcə də neft, qaz və digər təbii ehtiyatların idxal-ixracına qoyulan qadağa aradan qalxıb. Eyni zamanda, İranın aviaşirkətlərinə yenidən Aİ ərazisindəki hava limanlarına reyslər həyata keçirilməyə icazə verilib.

ABŞ Prezidenti Barak Obamanın da İran üzərindən sanksiyaların götürülməsinə dair müvafiq fərman imzalaması barədə xəbərlər yayılıb.