Bakı-Quba yolunda ağır qəza - Bir qadın öldü, ikisi yaralı

17 Yanvar 2016 12:51 (UTC+04:00)

AzNews.az-ın Lent.az-a istinadən məlumatına görə, magistralın 42-ci kilometrliyində qadın sürücünün idarə etdiyi "KİA Sorento" markalı cip yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlərdən 64 yaşlı qadın vəfat edib. 23 və 42 yaşlı iki qadın isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.