Heydər Əliyev Fondu Zaur Rəşidovun əməliyyat xərcini ödəyəcək

17 Yanvar 2016 16:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu məlumatı Trend-ə Fonddan təsdiqləyiblər.

30 yaşlı Zaura "osteoblastoma" diaqnozu qoyulub. O, 2006-cı ildən 5 əməliyyat keçirib, lakin xəstəlikdən xilas ola bilməyib. Zaurun müalicəsi və tam sağalması üçün təcili və çətin əməliyyata ehtiyacı var. Bu əməliyyat isə Almaniyada həyata keçirilə bilər. Sosial şəbəkələrdə onun müalicə xərclərinin ödənilməsi üçün vəsait toplanması məqsədilə qrup da yaradılmışdı.