Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu, yaralılar var

17 Yanvar 2016 18:31 (UTC+04:00)

AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib və mənzillərdən 20 sakin təxliyə olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.