AMEA məhkəməyə verilib

18 Yanvar 2016 10:48 (UTC+04:00)

"Springer Customer Service Center GmbH" şirkəti akademiyaya qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Şirkətin həmin qərardan verdiyi apellyasiya şikayəti təmin olunmayıb. Bundan sonra şirkət Ali Məhkəməyə müraciət edib. Hazırda Ali Məhkəmədə həmin şikayətə baxılır.

APA.az