XİN İrana qarşı sanksiyaların ləğvini alqışlayır - Bəyanat

18 Yanvar 2016 11:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında qeyd olunub. Bəyanatda deyilir:

"Bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi təqdir edirik.

Biz həmçinin, bu nailiyyət münasibətilə dost və qonşu İran xalqını təbrik edir və bu müsbət prosesin Azərbaycan Respublikası və İran İslam Respublikası arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk".