Erməni memar müsəlmanlar üçün muzey tikəcək – Məkkədə (Video)

18 Yanvar 2016 12:45 (UTC+04:00)
AzNews.az xəbər verir ki, erməni memar Səudiyyə Ərəbistanının Məkkə şəhərində müsəlman dininin əsas muzeyinin tikilməsilə bağlı keçirilən müsabiqənin qalibi olub.

"İman muzeyi" adlanacaq kompleks Məkkədən 7 kilometr məsafədə tikiləcək və müsəlmanlığın yaranmasını simvolizə edəcək. "İman muzeyi" 5600 kilometr ərazidə yerləşəcək. Muzeyin qarşısında virtual məscid, audio-video zalları, 3D nümayişlər, damında isə bağlar olacaq.

Maraqlıdır ki, muzeyin baş binasının daşları bütün müsəlman ölkələrdən gətiriləcək.





Aydan AXUNDOVA