İş saatı bitən pilotlar mənzilbaşına çatmamış sərnişinləri geri qaytardılar

3 Noyabr 2012 17:10 (UTC+04:00)
Norveçin hava limanında qəribə hadisə baş verib. AzNews.az euromag.ru-ya istinadən bildirir ki, göyərtəsində 40 sərnişin olan təyyarə mənzil başına çatmamış geri dönməli olub. 350 kilometr məsafəni geri qayıdan təyyarə havaya qalxdıgı limana dönüb. Bu qərar qanunvericiliyin tələblərinə uygun verilib.

Qeyd edək ki, ölkə qanunvericiliyində nəzərdə tutulmuş iş vaxtını heç kim poza bilmədiyindən və iş günü sona çatdıgı üçün pilotlara qayıtmaq əmri verilib.

Aviaşirkət nümayəndəsi açıqlamasında bildirib ki, təyyarə iş günü sona çatmaqda olan ekipajla səmaya qalxıb. "İş vaxtı bitdiyindən, biz ekipaja qayıtmaq əmrini verdik. Heç kim hökumət tərəfindən qəbul edilən əmək qanunvericiliyinin normalarını poza bilməz" - deyə o bildirib.


AzNews.az