Dollar kreditləriylə bağlı risklər – Ekspert rəyi

18 Yanvar 2016 13:00 (UTC+04:00)

O, həmçinin qeyd edib ki, dollarla götürülən kreditlərlə bağlı artıq hökumət və Mərkəzi Bankla müəyyən müzakirələr aparılıb.

İqtisadçı-ekspert Rəşad Həsənov AzNews.az-a bildirib ki, hökumətin 10 min dollara kimi kreditlərin 1.05 manatla ödənilməsi haqda qəbul edəcəyi qərardan 10 min dollardan yuxarı kredit borcu olan bütün vətəndaşlar da faydalana biləcək: "Əgər bu qərar təsdiq olunarsa, onda bu hər bir kredit borcu olan vətəndaşa şamil olunacaq. Sadəcə borcun 10 min dollar kimi olan hissəsi köhnə məzənnə, əlavə hissəsi isə yeni məzənnə ilə qaytarılacaq. Bu baxımdan yaxşı bir addımdır".

R.Həsənov qeyd edib ki, valyutanın devalvasiyası ilə bağlı böyük məbləğdə bank kredit borclarından vətəndaşlara ümumilikdə 4 milyard dollar ziyan dəyib: "Bu zərərin aradan qaldırılması üçün 4 milyard vəsait kifayət edir. Amma düşünmürəm ki, hökümət qısa müddətdə bu vəsaiti ödəməyə hazır olsun. Yəni belə qərarın qəbul ediləcəyinə inanmıram. Vətəndaşları bir az ümidləndirib sonradan qərar qüvvəyə minməzsə... İnsanları heç nədən depressiyaya salmayaq".

Bahar RÜSTƏMLİ
AzNews.az